Zəmin üçün kovrolit qərarı vermisinizə, bu seçiminizdə Agat Group yanınızda olacaqdır. Böyük seçim şansı və yüksək keyfiyyətli məhsullarla daim sizin xidmətinizdəyik.
Plitə kovrolit – kvadrat və ya düzbucaqlı hissələrdən ibarət döşəmə örtüyüdür. Bu növ kovrolitlər ofis, otel və ticarət obyektləri üçün ideal seçim sayılır. Onlar həm praktik, həm də estetik baxımdan üstünlüklərə malikdir. Əgər döşəmənizdə yalnız bir hissə zədələnibsə, bütün örtüyü dəyişmək yerinə sadəcə o hissəni əvəz etmək mümkündür. Bu, plitə kovrolitin əsas üstünlüklərindən biridir.
Bu növ kovrolitlərin əsas üstün cəhətləri aşağıdakı kimidir:
Sadə montaj – Plitə kovrolitlər yapışqan və ya xüsusi baza ilə asanlıqla döşənə bilir. Böyük bir sahəyə tez quraşdırılır və dəyişdirilməsi də çox rahatdır.
Nisbətən sərfəli – Sadəcə zədələnmiş hissəni əvəz etməklə xərclərə qənaət etmək mümkündür. Uzunmüddətli istifadə üçün idealdır.
Estetik görünüş – Rəng və dizayn müxtəlifliyi ilə həm klassik, həm də modern interyerlərə uyğundur. Rənglərin kombinasiyası ilə unikal dizayn yaratmaq olar.
Tarkett firmasının Azərbaycandaki rəsmi distrubyutoru olan Agat Group sizə plitə kovrolitləri uyğun qiymətə geniş çeşidlə təqdim etməkdədir.
Bütün 6 nəticə göstərilir