Kovrolit alarkən nələrə diqqət etməli? – Kovrolitlərin interyerə təsiri

Kovrolit alarkən nələrə diqqət etməli?

Kovrolitləri necə seçə bilərik? – Kovrolit örtüyünə qərar verərkən önəmli məqamlar

Məkanların daha baxımlı və zövqlü görünməsində döşəmənin rəngi, materialın keyfiyyəti çox önəmlidir. Kovrolit daha çox evlərin, ofislərin, iaşə obyektlərinin döşəmə örtüyündə istifadə olunur. Bu zaman ağıllara bir neçə sual gəlir: ”Kovrolit seçimi necə olmalıdır?”, ”Qiymətləri necə dəyərlənidrmək olar?”, ”Hansı məkan üçün hansı rəng tonları daha uyğundur?” və s.Bununla yanaşı kovrolitlər sadəcə görünüşə təsir etmir, həm də rahatlıq, istilik və səsizolyasiya baxımından böyük rol oynayır. Yanlış seçim həm pul itkisi, həm də istifadə rahatlığında problemlər yarada bilər. Buna görə də, almazdan öncə müəyyən məqamlara diqqət etmək çox vacibdir. Bu məqalə kovrolit seçiminiz üçün lazım olan bələdçidir.

1. Kovrolit seçimində material keyfiyyətinin önəmi

Kovrolit xalça dedikdə ağlınıza nə gəlir? Sadəcə bir material? Xeyr. Kovrolitlərəslində bilinənin əksinə fərqli materiallardan hazırlanır:

Sintetik liflər (polipropilen, poliester) – xüsusilə polipropilen və poliesterdən hazırlanan kovrolitlər daha çox praktikliyi ilə seçilir. Bu tipli döşəmə örtükləri nisbətən davamlı olur, ləkəyə qarşı müqavimət göstərir. Üstəlik sözügedən çeşidlər qiymət baxımından da daha sərfəlidir. Günəş işığına və nəmə qarşı dayanıqlı olduqları üçün uzun müddət öz görünüşünü qoruyur, eyni zamanda asan təmizləndiyi üçün gündəlik istifadə üçün çox rahatdır. Bu səbəbdən dəhliz, koridor və ofis kimi gediş-gəlişi çox olan sahələrdə sintetik materialdan hazırlanan kovrolit sizin üçün doğru seçim hesab oluna bilər.

Təbii liflər (yun, pambıq) – Bu tipli yunvə pambıq kimi təbii liflərdən hazırlanan kovrolitlər isə sintetik modellərə nəzərən daha bahalıdır, lakin çəkilən xərci sonuna qədər haqqını verir desək, yanılmarıq. Çünki bu kovrolitlər uzunömürlülük və sağlamlıq baxımından üstünlüklərə malikdir. Qısaca desək həm ekoloji cəhətdən təmiz, həm də nəfəsalan struktura sahib olduqları üçün otaqda daha təbii bir atmosfer yaradır. Həmçinin istilik izolyasiyası xüsusiyyətləri güclüdür. Bunun nəticəsində də məkanın daha səssiz olmasına səbəb olur və ayaq altında daha yumşaq hiss olunur. Xüsusilə qonaq otağı, yataq otağı və uşaq otaqları üçün təbii materiallı kovrolitlər daha yaxşı seçim sayılır, çünki bu məkanlarda rahatlıq və sağlamlıq əsas prioritetdir.

2. Kovrolitlərin sıxlıq və qalınlığının önəmi

Kovrolit axtarışında olanların diqqət etməli olduğu ikinci bir məqam isə döşəmə materiallarının sıxlığı və qalınlığıdır. Çünki bu özəlliklər xüsusilə materialın istifadə olunduğu məkana və onun rahatlığına təsir edir. Sıxlığı yüksək olan kovrolit modelləri daha dözümlü olur və uzun müddət öz formasını itirmədən istifadəyə yararlı olur. Əksinə, sıxlığı az olan xalçalar müəyyən istifadə müddətindən sonra tez yeyilir, üzərində izlər yaranır və ümumi görünüşünü itirir. Bu da ümumi interyerin pozulmasına gətirib çıxara bilər. Bu səbəbdən seçim edərkən ilk baxışda yalnız rəng və dizayna deyil, həm də materialın sıxlığına diqqət yetirmək vacibdir.

Qalınlıq isə daha çox komfortun daha yüksək olması ilə bağlantılıdır. Qalınlığı çox olan kovrolitlər ayaq altında daha yumşaq və rahat hiss olunur, xüsusilə yataq otağı və oturma otağı kimi məkanlarda isti və komfortlu mühit yaradır. Amma qalın materiallı kovrolit istifadəsi zamanı bir şeyi də unutmaq olmaz. Bu tipli örtüklərin özündə toz saxlaması biraz daha çoxdur və təmizlənməsi bir qədər çətin ola bilər. Ona görə də qalınlıq seçimində həm estetik görünüş, həm də təmizlik rahatlığı nəzərə alınmalıdır. Ümumiyyətlə, gediş-gəlişin çox olduğu yerlər, əsasən dəhliz, koridor və ofis otaqları üçün sıxlığı yüksək, lakin orta qalınlıqlı kovrolit daha məqsədəuyğundur. Bu, həm dözümlülük, həm də rahatlıq baxımından ideal balans yaradır. Evin istirahət üçün nəzərdə tutulan otaqlarında isə daha yumşaq və qalın modellərə üstünlük vermək mümkündür, çünki burada əsas məqsəd rahatlıq və komfortu təmin etməkdir.

3. Kovrolitdə rəng və dizayn seçimi

Bir məkanın döşəməsinin rəngi oranın ümumi ab-havasını kökündən dəyişə biləcək gücdədir. Optimal örtük hesab olunan kovrolitin də təbii ki, müxtəlif rəng çeşidləri mövcuddur. Bəs hansı rəngdə olan kovrolit xalçaları hansı məkanlar üçün daha uyğundur? Gəlin yaxından baxaq.

Açıq rənglər – Açıq rənglər, məsələn bej, krem və ya pastel tonlar, məkanı vizual olaraq daha geniş göstərir və otağa parlaqlıq, işıq qatır. Bu səbəbdən kiçik mənzillərdə və az işıq alan otaqlarda açıq tonlara üstünlük verilməsi daha məqsədəuyğundur. Amma nəzərə almaq lazımdır ki, açıq rəngli kovrolitlər daha tez çirklənir və təmizliyinə xüsusi diqqət tələb edir.

Tünd rənglər – Tünd rənglər isə tam əksinə, ləkələri və tozu daha yaxşı gizlədir, lakin məkanı bir qədər kiçik göstərə bilər. Bu rənglər geniş otaqlarda, həmçinin ofis və ya qonaq otaqlarında daha eleqant görünür. Tünd tonlar interyerə ciddilik və dərinlik qatdığı üçün minimalist və klassik üslubda dizayn edilmiş məkanlarda çox uğurlu seçim ola bilər.

Kovrolitinizi seçərkən seçiminiz Agat Group olsun!

Məkanlarınız üçün döşəmə örtüyünü kovrolit olaraq qərarlaşdırmısınızsa, məşhur Tarkett firmasının Azərbaycandaki rəsmi distrubyutoru olan Agat Group MMC-nin sizə təqdim etdiyi plitə və ya rulon kovrolit çeşidlərinə buradan keçid edərək baxa bilərsiniz.