Linoleum Döşəmələri və İstifadə Sahələri

Linoleum döşəmələri nədir?Bu örtüklərin istifadə sahələri hansılardır?

Linoleum döşəmələri və istifadə sahələri

Linoleum döşəmələri və İstifadə sahələri nələrdir?

Linoleum döşəmə – təbii materiallardan hazırlanan, çevik və uzunömürlü zəmin örtüyüdür. Linoleum əsasən kətan yağı, taxta unu, əhəng daşı və təbii piqmentlərdən hazırlanır. Bu onu həm ekoloji cəhətdən təmiz, həm də sağlamlıq baxımından təhlükəsiz edir.

Əvvəllər sadə dizaynlarda təqdim olunan bu tipli döşəmələr bu gün müasir interyer dizaynına uyğun rəngarəng və naxışlı formaları ilə həm evlərdə, həm də ictimai məkanlarda geniş istifadə olunur.

Linoleumun əsas üstünlükləri

Ekoloji cəhətdən təmiz
Sözügedən örtüklər 100% təbii materiallardan hazırlanır və bu səbəbdən allergiyaya səbəb olmur. Uşaqlar və həssas insanlar üçün ideal seçimdir.

Təmizlənməsi asan və antibakterial səth
Gündəlik təmizliyə uyğun gəlir. Üzəri toz tutmur və nəm əsasında təmizlənə bilər. Bəzi modellər antibakterial qat ilə örtülür.

Davamlılıq və uzunömürlülük
Sürtməyə, təzyiqə və cızılmalara qarşı dayanıqlıdır. Düzgün istifadə və qulluqla 20 ilə qədər istifadə oluna bilər.

Səs və istilik izolyasiyası
Linoleum döşəmələri səsi azaldır, xüsusilə çoxmərtəbəli binalarda səs ötürülməsinin qarşısını alır. Qış aylarında isə istiliyi saxlayaraq daha komfortlu mühit yaradır.

Çoxsaylı dizayn seçimi
Ağac, daş, mərmər və ya abstrakt naxışlarda müxtəlif modellər mövcuddur. Bu da onu istənilən interyer dizaynına uyğunlaşdırmağa imkan verir.

Harada istifadə olunur?

Mənzillərdə və evlərdə – xüsusilə yataq otağı, uşaq otağı və dəhlizlərdə

Ofislərdə və kommersiya obyektlərində

Məktəblər və bağçalarda – təhlükəsizliyi və asan təmizlənməsi səbəbindən

Tibbi müəssisələrdə – gigiyenik və antibakterial xüsusiyyətlərinə görə

İdman və yoga zallarında – yumşaqlığı və ayaqaltı rahatlığı üçün

Quraşdırılması və qulluq

Linoleum yer döşəmənin quraşdırılması sadə və tez başa gələn prosesdir. Yüz faiz bərabər bir səth üzərinə yapışqan və ya yapışdırmasız sistemlə quraşdırıla bilər. Müntəzəm süpürülmə və nəmli parça ilə silinməsi onun uzun müddət yeni kimi qalmasını təmin edəcək.

AGAT Group ilə keyfiyyətli linoleum döşəmələri

Tarkett firmasının Azərbaycandaki rəsmi distribyutoru olan AGAT Group olaraq sizə tibbi, kommersiya və ev istifadə üçün fərqli linoleum döşəmə modelləri təklif edirik.Siz də bizə müraciət edərək və ya saytımız vasitəsilə məhsullarımıza baxa bilərsiniz.Siz seçin, biz sizin üçün hər zaman ən yaxşısını düşünərik.