Ofislərdə Kovrolit İstifadə Etməyin 7 Üstünlüyü

Kovrolit nədir və nə üçün ofislər üçün ideal sayılır?

Kovrolit, digər adı ilə carpet tile, yüksək yüklənməyə uyğunlaşdırılmış kvadrat və ya düzbucaqlı modul xalça örtüyüdür.Ofislər üçün kovrolitin üstünlükləri – kovrolit döşəmənin faydaları

Günümüzdə çox iaşə obyektləri, o cümlədən ofislər, otellər və bank kimi intensiv istifadə olunan məkanların standart döşəmə seçimi kimi tanınır. Onu bu qədər məşhur edən isə həm praktikliyi, həm davamlılığı, həm də estetik imkanlarıdır.

Kovrolit ofis mühitində akustikanı yaxşılaşdırır, həm də isti, rahat iş atmosferi yaradır. Xüsusilə geniş açıq ofislərdə, görüş otaqlarında və koridorlarda ən çox istifadə olunan döşəmə materialıdır.

Ofislər üçün niyə kovrolit xalça istifadəsi əlverişlidir?

1. Səs izolyasiyasını gücləndirir

İş mühitində fokus qala bilmək əsas məsələlərdəndir. Buna görə də ofislərdə ən böyük problemlərdən biri səs-küydür — danışıq səsləri, addımlar, cihaz səsləri və s. Bu xalçalar səsi udaraq akustikanı balanslaşdırır.

Komanda işi, telefon danışıqları və gərgin iş mühitlərində sakitlik iş məhsuldarlığını artırdığı üçün kovrolit burada ideal həll sayılır.

2. Gündəlik komfortu artırır

Kovrolit yumşaq toxuması sayəsində ayaqlar üçün çox rahatdır. Uzun saatlar ayaqüstə işləyən və ya sıx hərəkət edən işçilər üçün bu, böyük üstünlükdür. Təbii ki, bu işçilərin performansına da müsbət təsir edir.

Bununla yanaşı, yumşaq strukturu həmçinin döşəməyə istilik qatır, otağı daha rahat və evvari göstərir.

3. Təhlükəsiz və sürüşməyə qarşıdır

Ofislərdə sürüşmə və yıxılma hallarının qarşısını almaq çox vacibdir. Burada da bu döşəmə tipi öz üstünlüyünü qoruyur. Kovrolit sürüşməyən səthə malikdir və həm ayaqqabı altını, həm də mebel ayaqlarını sabit saxlayır.

Bu xüsusilə qışda, yağışlı havalarda giriş hissəsi üçün çox önəmlidir.

4. Zərbəyə davamlı, uzunömürlü materialdır

Ofislərdə hər gün onlarla insanın addımı, mebelin çəkilməsi, texnika daşınması kimi fiziki yüklər döşəməyə təsir edir.

Kovrolit isə aşınmağa qarşı dayanıqlıdır, iz buraxmır, modul olduğu üçün zədələnmiş hissə rahat dəyişdirilir

Buna görə də digər döşəmə növlərinə nisbətən uzunömürlülük baxımından daha sərfəlidir.

5. Estetik görünüş və brend imici yaradır

Kovrolit çox geniş rəng, tekstura və naxış çeşidi ilə ofisə vizual kimlik verir. Şirkət brend rənglərinə uyğun seçim edilməklə:

Daha peşəkar görünüş;

Ziyarətçilər üçün daha xoş atmosfer;

Markanın imicinə uyğun dizayn yaratmaq mümkündür.

6. Asan təmizlənən döşəmə örtüyü

Kovrolitin modullar şəklində olması təmizliyi çox asanlaşdırır. Hər hansı ləkə yarandıqda bütün döşəməni dəyişmək əvəzinə yalnız zədələnmiş hissə çıxarılır.

Gündəlik baxım üçün isə sadəcə tozsoran yaxud ləkələrə uyğun xüsusi təmizləyici yetərlidir.

7. Büdcə dostu döşəmə materialıdır

Kovrolit həm quraşdırma baxımından, həm də istifadə müddətinə görə xərcləri minimuma endirir. Modul dəyişmə sistemi ümumi xərcin azalmasına imkan verir.

Əgər təmirdə həm keyfiyyət, həm də qənaət axtarırsınızsa, kovrolit sizin üçün ideal seçimdir.

Kovrolitləri sərfəli şəkildə necə əldə etmək olar?

Tarkett şirkətinin Azərbaycandaki rəsmi distrubyutoru olan Agat Group şirkəti sizlərə kovrolit döşəmə örtüklərini sərfəli formada təqdim edir. Geniş çeşid imkanı da istənilən zövqə uyğun olan xalçaları sizin üçün əlçatan edir. İndi bu linkə klik edərək çeşidlərə baxa və sifariş edə bilərsiniz.